ONN İnformasiya Agentliyi

Neftçalada FACİƏ – İldırım çobanı vuraraq öldürdü

Neftçalada FACİƏ – İldırım çobanı vuraraq öldürdü
10 Sentyabr 2019 - 21:30

Neftçalada çobanı ildırım vurub.

ONN media xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.

V.Gərayev əslən Şamaxı rayonundandır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png