Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
ONN media xəbər verir ki, 2000-ci il təvəllüdlü Mikayılov Nicat Tahir oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.