ONN media

Oğuzda ağaclar kütləvi şəkildə məhv edilir – VİDEO

Oğuzda ağaclar kütləvi şəkildə məhv edilir – VİDEO
18 Noyabr 2017 - 6:34
Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib.
ONN media Xəzərxəbər-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayonu ərazisində keçirdiyi reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə 84 ədəd quyu qazıldığı, qanunsuz yolla əldə edilmiş 103 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi aşkarlanıb.
Rayonun Muxas kəndində aparılan reyd zamanı meşə fonduna 2 min manatdan çox ziyan vurulduğu müəyyənləşib. Reyd zamanı aşkarlanan quyular yararsız hala salınıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində aktlar tərtib edilərək Oğuz rayon prokurorluğuna göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png