Pakistanda avtobus körpüdən aşıb: 24 ölü

Pakistanda 80 nəfəri daşıyan avtobus körpüdən aşıb.
ONN media-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 24 nəfər həlak olub, 50-dən artıq insan xəsarət alıb.
Hadisə Talaqanq yaşayış sahəsinin yaxınlığında baş verib. Xəsarət alanların 12-nin vəziyyəti çox ağır kimi qiymətləndirilir.