ONN İnformasiya Agentliyi

Paytaxtda 2 ev yanıb

Paytaxtda 2 ev yanıb
06 Dekabr 2017 - 19:19

Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçuda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Pirallahıda da ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png