Paytaxtda avtomobil qaçırıldı

Yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.

ONN media xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda qeyd olunan avtomobil N.Yusifbəyli küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb.  

Araşdırmalarla həmin avtomaşını qaçırmaqda şübhəli bilinən şəxsin Daşkəsən rayon sakini Emil İsmayılov olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.