Paytaxtda yanğın – Bir nəfər tüstüdən zəhərləndi

Bakının Xəzər rayonunda ümumi shəsi 70 kv.m olan evdə yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.