ONN İnformasiya Agentliyi

Postda saxlanılan maşından silah çıxdı – DİN

Postda saxlanılan maşından silah çıxdı – DİN
16 Oktyabr 2020 - 16:53

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mersedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png