Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabah Azərbaycanda yay fəsli başlayacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov ONN media-ya bildirib ki, ölkəmizə yay fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq. Sabah yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu. Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.