İstanbulda gözlənilən gün- Qızğın mübarizə başladı

Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilir. ONN media xəbər verir ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir. Səsvermə yerli vaxtla 08:00-da başlayıb və 17:00-a qədər davam edəcək. İstanbul seçkilərində ümumilikdə 10 milyon 560 min 963 seçici 31 min 124 sandıqda səs verəcək.