Azərbaycanda qatar xətti ləğv olunur
Bakı-Ağstafa sürət qatarı ləğv ediləcək. ONN media xəbər verir ki, sürət qatarı iyulun 15-də ləğv olunacaq. "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Bakı-Ağstafa sürət qatarının ləğv edilməsi hərəkət qrafikinin optimallaşdırılması ilə bağlıdır: "Orada dörd-altı vaqon var idi, indi isə ləğv edilib. Sərnişinlər bundan sonra qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər". QSC-dən qeyd edilib ki, Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət saatı da dəyişdirilir: "Artıq həmin qatar Bakı-Ağstafa sürət qatarı yola çıxan saatda hərəkət edəcəklər. "
