Qarabağdakı tək ağacın sirri...

Qarabağdakı tək ağacın sirri...


Qarabağın işğal edilmiş ərazilərində ermənilərin son 30 ilə yaxın müddət ərzində ekoloji zəmində çoxsaylı cinayətlər törətdiyi, Azərbaycan florası və faunasına divan tutduğu hər kəsə bəllidir.

Düşmən on illər işğaldakı ərazilərdə törətdiyi ekoloji qətliyamları ört-basdır etmək, bu əraziyə gələn beynəlxalq təşkilatların nümayəndələrinə, habelə turistlərə ermənilərin ekologiya və onun qorunmasına mühüm önəm verdiyi yalanını təbliğ etmək üçün maraqlı üsuldan istifadə etməkdədir. Bu da yeni çəkilən magistral yolların ortasında məqsədli şəkildə bəzi ağaclara əl dəyilməməsi, yaxud meşələrin qırılması hesabına çəkilən yollarda məqsədli şəkildə bir tək ağacın saxlanılmasıdır. Düşmən bununla Qarabağa səfər edən əcnəbilərə, habelə beynəlxalq təşkilatlı inandırmağa çalışır ki, onlar hətta böyük layihələrdə belə adi bir ağac faktorunu belə nəzərə alır, bir ağacın belə məhvinə imkan vermirlər.

Məlumat üçün qeyd edək ki, bu durumu əks etdirən fotolar xüsusilə xaricdəki ermənilər tərəfindən təbliğat məqsədi ilə geniş istifadə edilməkdədir. Bu isə düşmənin 30 illik cinayətini bir tək ağacla pərdələmək cəhdindən xəbər verir.moderator.az

Geri qayıt