Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu stansiyada...

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu stansiyada...

Bakı metrosunun "Xətai” stansiyasında aparılan əsas təmir işlərinin hamısı başa çatdırılıb. ONN media bildirir ki, bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hazırda son abadlıq işləri aparılır: “Xətai” stansiyasında aparılan əsaslı təmir başa çatdırılıb. Hazırda son tənzimlənmə işləri aparılır. Abadlıq və səliqə-səhman yaradılır”. B.Məmmədov stansiyanın açılacağı dəqiq tarixi açıqlamasa da, yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib.

Geri qayıt