Polis bölməsində partlayış - 4 ölü, 17 yaralı

Kolumbiyanın Barranquilla şəhərində polis bölməsinin ərazisində partlayış olub.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb, 17-si polis olmaqla 42 nəfər yaralanıb.
Hücumu təşkil etməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.
Ölkə prezidenti Juan Manuel Santos canilərin yaxalanması üçün gərəkən addımların atılacağını bildirib.
Polis hücumun təşkilatçılarının yerlərini deyənlərə 50 milyon dollar mükafat vəd edib.