Naməlum avtomobil piyadanı vuraraq qaçdı
Yasamal rayonunda Hüseynov Bəşir Hüseyn oğlu avtomobil qəzasına düşüb.
ONN media-nın məlumatına görə, hadisə 20 Yanvar dairəsində baş verib. Belə ki, piyada B.Hüseynov yolu keçmək istəyən zaman naməlum avtomobil onu vuraraq qaçıb.
Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda Yasamal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qəzanı törədən naməlum avtomobil müəyyənləşdirilir.
