Yaşadığı evin qarşısında bədbəxt hadisə

Yaşadığı evin qarşısında bədbəxt hadisə


Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN medianın xəbərinə görə, şəhərin Nizami küçəsində rayon sakini Qafurov Anar Niman oğlu 99-GR-901 “KİA Sorento” markalı minik avtomobili ilə şəhər sakini, 1958-ci il təvəllüdlü Həsənov Nazim Kamal oğlunu vurub. Hadisə Nazim Həsənovun yaşadığı evin qarşısında baş verib.Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nazim Həsənov Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 
 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Geri qayıt