Qocalar evində yanğın - Ölən var

Qocalar evində yanğın - Ölən var


Böyük Britaniyanın Stiveneyc şəhərində qocalar evində yanğın baş verib.

ONN media "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğının səbəbləri hələlik məlum deyil.

Geri qayıt