SON DƏQİQƏ: Güclü zəlzələ oldu - 3 NƏFƏR...

Fransada zəlzələ olub. ONN media xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Montelimar şəhəri yaxınlığında 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Fransa Zəlzələ Mərkəzi sarsıntıların Lyon, Montpellier, Sent-Etiyen, Qrenobl, Aviqnon və Marsel şəhərlərinə hiss edildiyini açıqlayıb. Teyl qəsəbəsində zəlzələnin törətdiyi fəsad nəticəsində 3 nəfər yaralanıb. Sakinlər evlərini tərk edərək yaşayış düşərgələrinə yerləşiblər.