Hamilə qadın qripdən ÖLDÜ

Hamilə qadın qripdən ÖLDÜ

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından daha bir ölüm faktı qeydə alınıb. A qrip virusu ilə xəstəxanaya yerləşdirilən 31 yaşlı hamilə qadının həyatını xilas etmək mümkün olmayıb. O qripə qarşı vaksin olunmayıb. Qadının bətnində olan uşaq isə cərrahi müdaxilə ilə xilas edilib. Artıq yeni epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 3 nəfər həlak olub. 2020-ci ilin ikinci həftəsində təkcə paytaxt Kiyevdə 7 minə yaxın insan qripə yoluxub. Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiyasından 63 nəfər ölüb.
Geri qayıt