Rusiyada azərbaycanlı ailənin üzvləri yanaraq öldü

Rusiyada azərbaycanlı ailənin üzvləri yanaraq öldü


Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

Qonşuların sözlərinə görə, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında ailənin azyaşlı övladı yuxarı mərtəbədən yıxılıb.

Geri qayıt