İstirahət mərkəzinin ərazisində bədbəxt hadisə

ONN media FHN-nin saytına istinadən xəbər verir ki,Qəbələ rayonu, Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 m2 olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılmışdır. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.