Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanda yenə zəlzələ oldu


Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.
ONN media AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.
Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.
Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.
Geri qayıt