Gədəbəydə “KAMAZ” yandı

Gədəbəydə “KAMAZ” yandı


Gədəbəy rayonunda yük maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Novosaratovka kəndində “KamAZ” markalı yük avtomobilinin qoşqusuna yığılmış 8 ton ot bağlamasının 3 tonu və təkərləri yanıb.

Ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Geri qayıt