Dağıstanda karnaval zamanı kütlə atəşə tutuldu-ÖLƏNLƏR VAR

Naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.
ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.