Abşeron rayonunda güclü partlayış baş verib

Abşeron rayonunda güclü partlayış baş verib


Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

ONN media-nın report-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində sexdə olan üç nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt