Goranboy rayonunda iş icraçısı döyülüb

Goranboy rayonunda iş icraçısı döyülüb


Goranboy rayonunda iş icraçısı döyülüb.

ONN media "Report"a istinadən bildirir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt