Rusiyada güclü yanğın: 6 ölü, 4 yaralı

Rusiyada güclü yanğın: 6 ölü, 4 yaralı


Rusiyanın Perm vilayətinin Çusovoy şəhərində yataqxanada yanğın baş verib.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbi araşdırılır. İnsidentlə bağlı cinayət işi başlanılıb.

Geri qayıt