Bakıda vəzifəli şəxs bir gündə hər iki valideynini itirdi

Bakıda vəzifəli şəxs bir gündə hər iki valideynini itirdi
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor əvəzi Gülşən Paşayevanın valideynləri vəfat edib.
ONN media xəbər verir ki, dünən Gülşən Paşayevanın anası Şərqiyyə Paşayeva rəhmətə gedib.
Bundan bir neçə saat sonra isə G. Paşayevanın atası, professor Məmmədəli Paşayev 91 yaşında dünyasını dəyişib.