Bakıda yaşayış binasında YANĞIN - 23 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında YANĞIN - 23 nəfər təxliyə edildi


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib. Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Geri qayıt