Beyləqanda yanğın

ONN media FHN-nin saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində həyətyanı sahəyə yığılmış 5,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.