AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü vəfat edib


ONN media-nın xəbərinə görə Tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)  verilən məlumata görə, H. Q. Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirib, 1971-1975-ci illərdə Cəhri kənd məktəbində müəllim işləyib. Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub.

Geri qayıt