Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı


Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağıır olduğu bildirilir.

Geri qayıt