Göldə batan balıqçılardan xəbər var

Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didivan gölündə batıb.
ONN media xəbər verir ki, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.
Onlardan 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyiti sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə aşkarlanıb.
Digər balıqçı, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları davam edir.