Qubada dəhşətli hadisə

Qubada dəhşətli hadisə


ONN media FHN-nin saytına istinadən xəbər verir ki, Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çökmüşdür. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri qayıt