Ağdamda yanğın olub

Ağdamda yaşayış evində yanğın olub.
ONN media xəbər verir ki, hadisə Ergi qəsəbəsində baş verib. Rayonun Mərzili kənd sakini Cəfərov Məhəmməd Şamil oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı ev sahibi M.Cəfərov ikinci dərəcəli yanıq xəsarəti alaraq Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-in Ağdam və Ağcabədi yanğınsöndürən briqadaları cəlb olunub, yanğının qonşu evlərə keçməsinin qarşısını alıb.