“Yasamal aşırımı”nda yol qəzası, xəsarət alan var

“Yasamal aşırımı”nda yol qəzası, xəsarət alan var


Şəmkir rayonunda yol qəzası baş verib.

 

ONN media Apa-ya istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt