Metroda qorxulu anlar

ONN media xəbər verir ki, Lerik rayon sakini F.Məmmədzadə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun "28 May" stansiyasında qatarda cibindən "Samsung Galaxy S6" markalı mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.