Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə 6 otaqlı ev yandı


Kürdəmir rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən verilən məlumata görə, Karrar kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Geri qayıt