3 nəfəri sahibsiz it dişlədi

3 nəfəri sahibsiz it dişlədi


Bu gün səhər saatlarında rayonun Baltalı kənd sakini 1990-cı il təvəllüdlü Anar Fazil oğlu Hüseynov sağ baldırın,  Aşağı Göynük kənd sakini 2007-ci il təvəllüdlü  Günəş Qəhrəman qızı İmamova belin və sağ biləyin, Kiş kənd sakini 1961-ci il təvəllüdlü Nərbala Nurbala oğlu Abdullayev sol budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

ONN media xəbər verir ki, MRX-dan verilən məlumata görə, müayinə zamanı hər üç şəxsin küçədə sahibsiz itin hucumuna məruz qalması məlum olub. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Geri qayıt