Ermənistanda maşın dərəyə yuvarlanıb

Ermənistanda  maşın dərəyə yuvarlanıb


Ermənistanda martın 21-də axşam saatlarında xarici vətəndaşların olduğu avtomobil dərəyə düşüb. Hadisə yerli vaxtla təxminən 19:31 radələrində qeydə alınıb. 

ONN media xarici mətbuata istinadən  xəbər verir ki, Dərəyə yuvarlanan Mercedec Vito" markalı avtomobilin içində Gürcüstan vətəndaşı olan 1992-ci il təvəllüdlü kişi və 1993-cü il təvəllüdlü qadın xəsarət alıblar. 

Gürcüstan vətəndaşları İcevan xəstəxanasına çatdırılıblar. Həkimlər onların vəziyyətini qənaətbəxş hesab edir. 

Geri qayıt