Yevlaxda qəza baş verib

Yevlaxda qəza baş verib


Yevlax rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Ərəş kənd ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər, 1939-cu il təvəllüdlü Minayə Tahirova Camal qızı xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri isə xəsarət almadıqları üçün xəstəxanaya müraciət etməyiblər. Lakin hər 2 avtomobilə ciddi ziyan dəyib.

Yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt