Qobustanda iki uşaq dəm qazından zəhərləndi

Qobustanda iki uşaq dəm qazından zəhərləndi


Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Qobustan şəhərində qeydə alınıb.

Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Geri qayıt