“Ölüm döngəsi”ndə ağır qəza baş verdi- 12 ÖLÜ

Ekvadorda şəhərlərarası avtobusun aşması nəticəsində 12 nəfər ölüb.
ONN media xəbər verir ki, hadisə Manabi vilayətində baş verib. Qeyd olunur ki, daha 18 nəfər yaralanıb. Digər mənbənin məlumatına görə, yaralananların sayı 25-dir.
Qeyd olunur ki, qəzanın baş verdiyi ərazi “ölüm döngəsi” adlanır.