Kürdəmirdə çayda batan şəxsin cəsədi tapılıb

Kürdəmirdə çayda batan şəxsin cəsədi tapılıb


Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt