Salyanda yol qəzası

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Ölənlərin Bərdə rayon sakini olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.