Göygöldə dəhşətli qəza

Göygöldə dəhşətli qəza


Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONN media Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 25-də rayonun Yeni Qızılca kəndi ərazisində Bakı şəhər sakini Ruslan Paşayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Teymur Əhmədovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır. 

Geri qayıt