Rusiyada yanğında ölən 25 nəfərin meyiti tanındı

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölən 25 nəfərin meyiti tanınıb.
ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, onlardan 13-ü uşaqdı.
Rusiya səhiyyə naziri Veronika Skvortsovanın sözlərinə görə, hazırda xəsarət alanların sayı 60 nəfər təşkil edir, onlardan 15-in müalicəsi xəstəxanalarda davam etdirilir.