Azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Azyaşlı bədbəxt hadisə nəticəsində ölüb


Ağdaş rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

ONN media xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndində qeydə alınıb. 2016-cı il təvəllüdlü Mahmudova Nazikə Coşqun qızı ehtiyatsızlıq səbəbindən yaşadığı evin pilləkənindən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Boyun sınığı xəsarəti alan uşaq Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Geri qayıt