Sərnişin qatarı yandı: 80 nəfər...

Bolqarıstanın Konyovo stansiyası ərazisində Sofiya-Burqas marşrutu üzrə hərəkətdə olan sürətli sərnişin qatarının iki vaqonu yanıb.
Publika.az xəbər verir ki, hadisə yerli vaxtla axşam saat 20:00 radələrində, sürət qatarının vaqonunda qeydə alınıb. Alov qatar stansiyaya daxil olan zaman dəmiryolçular tərəfindən sezilib. Qatarın sərnişinləri – təqribən 80 nəfər təxliyyə edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.