Şamaxıda maşın dərəyə yuvarlandı: 4 yaralı

Şamaxıda maşın dərəyə yuvarlandı: 4 yaralı


Şamaxıda yol-nəliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb: 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin Mustafayeva Pakizə Ədalət qızı və Şitayeva Tavat Mehman qızı.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.

Geri qayıt